Modern.az

Müəllim faciəli şəkildə öldü, övladları ağır YARALANDI

Müəllim faciəli şəkildə öldü, övladları ağır YARALANDI

Hadisə

10 Oktyabr 2022, 10:02

Quba rayonunun Vəlvələ kəndində piyadanın ölümü ilə nəticələn qəza baş verib.

 

Modern.az xəbər verir ki, hadisə zamanı “Hyundai” markalı avtomobilin sürücüsü Quba rayon sakini Məmmədov Süleyman Firuddin oğlu piyada keçidindən yolu keçən 1981-ci il təvəllüdlü Günay Fərzəliyeva və iki övladını vurub.

 

Quba rayonu Çingiz Mürsəlov adına Vəlvələ kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Günay Fərzəliyeva hadisə yerində ölüb. Onun məktəbyaşlı övladları isə ağır xəsarətlərlə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq tibbi yardım göstərilib.

 

Sürücü hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU