Modern.az

Yevlaxda DƏHŞƏTLİ QƏZA - Ölən və yaralananlar var

Yevlaxda DƏHŞƏTLİ QƏZA - Ölən və yaralananlar var

Hadisə

10 Oktyabr 2022, 10:48

Oktyabrın 9-da saat 10 radələrində Yevlax rayonunun Gülövşə kəndi ərazisində Şəki rayon sakini İ.Kazımzadənin idarə etdiyi “VAZ-210104” və Salyan rayon sakini F.Kərimovun idarə etdiyi “Tofaş” markalı avtomobillər toqquşub.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumatda bildirilib.

 

Nəticədə F.Kərimovun sərnişinlərindən Günay Kərimova hadisə yerində ölüb, hər iki sürücü və 3 sərnişin xəstəxanaya yerləşdiriliblər. 

 

Hazırda Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU