Modern.az

Məşhur musiqiçi Diaspor Komitəsinin dəstəyindən danışdı 

Məşhur musiqiçi Diaspor Komitəsinin dəstəyindən danışdı 

10 Oktyabr 2022, 23:10

Almaniyada fəaliyyət göstərən “Xəzər” Kamera Filarmoniyasının rəhbəri, skripkaçı solist Anar Bramo Diasporla İş üzrə Dövlət Komitəsinin gördüyü işləri yüksək qiymətləndirib.

 

Modern.az xəbər verir ki, tanınmış musiqiçi ötən il Komitə tərəfindən Berlin Filarmoniyasında unudulmaz konsert proqramının təşkil edildiyini deyib.

 

“Diaporla iş üzrə Dövlət Komitəsi Berlin Filarmoniyasında konsert təşkil edib. Berlin Filarmoniyası gənclərin dili ilə desək, dünyanın ən məşhur məkanlarındandır. Burada dünyanın ən şöhrətli musiqiçiləri çıxış edirlər. 2021-ci ilin 23-24 noyabr tarixlərində Diaporla iş üzrə Dövlət Komitəsi Berlin Filarmoniyasında ancaq Azərbaycan simfonik musiqinin, Azərbaycan əsərlərinin səsləndirildiyi konsert təşkil etmişdi. Burada Azərbaycan Xalq artisti Yalçın Adıgözəlov alman orkestrinə dirijorluq edib. Mən orada 3 rolda çıxış edirdim. Mən orkestrin konsertmeystri və solist skripkaçı idim. Eyni zamanda, mənim “Şuşa” adlı əsərimin təqdimatına şans yarandı. Beləliklə, mən orada bəstəkar kimi də çıxış edirdim. Orkestrsdə konsertmeystr kimi çıxış etdiyimə görə, həm alman, həm də digər ölkələrin musiqiçiləri yaxınlaşıb mənə deyirdilər: “biz bilməzdik ki, sizin musiqiniz bu qədər gözəldir”. Biz orada Qara Qarayevin “İldırımlı yollar”, Fikrət Əmirovun “Azərbaycan kappriççiosu” ifa edirdik”, - deyə musiqiçi Diaspor Komitəsinin xaricdə yaşayan azərbaycanlılara dəstəyindən söz açıb.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər