Modern.az

“Son günlər namaza başlamışdı” - Kənd müəlliminin faciəli ölümü

“Son günlər namaza başlamışdı” - Kənd müəlliminin faciəli ölümü

11 Oktyabr 2022, 12:02

Oktyabrın 9-da Quba rayonunun Vəlvələ kəndində piyadanın ölümü ilə nəticələn qəza baş verib. Məlumata görə, Quba rayon sakini Məmmədov Süleyman Firuddin oğlu idarə etdiyi “Hyundai” markalı avtomobillə piyada keçidindən yolu keçən 1981-ci il təvəllüdlü Günay Fərzəliyeva və iki övladını vurub.

 

Quba rayonunun Çingiz Mürsəlov adına Vəlvələ kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyən Günay Fərzəliyeva hadisə yerində dünyasını dəyişib. Onun məktəbyaşlı övladları isə ağır xəsarətlərlə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq tibbi yardım göstərilib.

 

Xəstəxanaya yerləşdirilən uşaqların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

 

Hadisə barədə Modern.az-a danışan Vəlvələ kənd məktəbinin direktoru İsmayıl Fərzəliyev G.Fərzəliyevanın vaxtsız vəfatından kədərləndiyini bildirib. Direktorun sözlərinə görə, G.Fərzəliyeva çalışqan və işinə məsuliyyətlə yanaşan müəllim olub.

 

Müəllimin həftədə 5 dəfə dərsə gəldiyini söyləyən direktor hazırda ölümə səbəb olan hadisə barədə araşdırmanın aparıldığını vurğulayıb:

 

"Hər gün onu həyat yoldaşı işə aparıb-gətirirdi. Dərslərində, şagirdlərlə münasibətində çox yaxşı müəllim idi. Eyni zamanda, müəllim kollektivi arasında hörmət sahibi idi. Son vaxtlar namaz qılmağa başlamışdı. Allah rəhmət eləsin, kaş belə hadisə olmayaydı. Biz qəza xəbərini eşidəndə sarsıldıq. Ötən gün müəllim kollektivimizlə birgə yas mərasimində iştirak etdik".

 

Elmar Hüseynov

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU