Modern.az

Qızlarımız əcnəbi oğlanların nəyinə vurulur? - Yaraşıq, pul, vəzifə, yoxsa...

Qızlarımız əcnəbi oğlanların nəyinə vurulur? - Yaraşıq, pul, vəzifə, yoxsa...

13 Oktyabr 2022, 09:44

Son illər ölkəmizdə əcnəbilərlə ailə həyatı quranların sayı artır. Bir neçə il bundan əvvəl əcnəbilərlə ailə qurmaq cəmiyyət tərfindən normal qarşılanmırdı. Ancaq son 2-3 ildə əcnəbilərlə ailə qurmaq adət halını alıb. Statistikaya əsasən bu ilin 8 ayında ölkə vətəndaşı olan 1350 nəfərin əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə nikahı dövlət qeydiyyatına alınıb. Rəsmi məlumata görə, Azərbaycan vətəndaşı olan 658 qadının və 692 kişinin əcnəbi ilə nikahı dövlət qeydiyyatına alınıb. Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyası, Gürcüstan, Türkiyə, Ukrayna və İran İslam Respublikasının vətəndaşları ilə nikahının qeydə alınması üstünlük təşkil edib.

 

Bəs, gənclər əcnəbilərlə ailə həyatı qurmağa niyə üstünlük verirlər?

 

Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu Modern.az-a danışıb.

 

Sosioloqun fikrincə əvvəllər əcnəbilərlərlə ailə qurmağa qarşı kompleks olub:

 

 

“Əvvəllər əcnəbilərlə ailə həyatı quranlara qarşı ictimai qınaq var idi. Özümüz də küçədə bir zənci görəndə sanki insan olmayan məxluq kimi yanaşırdıq ona. Cəmiyyətimiz sosial-psixoloji olaraq formalaşıb. Əcnəbilərlərlə gənclərin münasibəti daha da artıb. Bir tərəfdən də gənclərin çoxu təəsüf ki, ölkədən çıxıb getmək istəyir. Ölkədən də çıxanda əcnəbi ilə evlənməyin üstünlüyü olur. Məsələn, həmin ölkənin vətəndaşlığını alır. Yəni əcnəbilərlə ailə qurmağın sosial, psixoloji və iqtisadi tərəfləri var. Bizim dövrümüzdə ağla gəlməzdi ki, bir qız hansısa, zənci ilə ailə quracaq. İndi isə azərbaycanlı qızlar zəncilərlə ailə həyatı qurur və bununla fəxr edirlər”.

 

Gənclərin əcnəbilərlə ailə həyatı qurmasının az da olsa ölkə üçün xeyirli tərəfləri var:

 

“Ölkəmizdən gənclər gedir xaricdə bələdiyyə sədri, deputat seçilirlər. Bu adamlar bizim diasporumuz üçün dayaq nöqtələridir. Ancaq mənfi tərəfləri də var. Xalqı həmişə yüksəldən, inkişaf etdirən dəyərlərdən biri də milli ruhdur. Qarışıq nikahlar artdıqca milli ruh da azalır. Dayıqızını al, əmioğluna get bu kimi münasibətlərə sövq də vəhşilikdir. Bütün xristian dünyasında bu cür ailə həyatı qurulmur. Nə əmiqızını almaq lazımdır, nə də xaricilərlə ailə qurmağa aludəçilik. Əcnəbilərlə qurulmuş ailədə dünyaya gələn uşaq marginal tip olur. Bilmir ki, hansı din və adət onun üçün doğmadır”.

 

Bəzi hallarda əcnəbilərlə qurulan ailələr uğursuz olur.

 

"Təmiz dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, bütün bu fəlakətlərin kökündə əcnəbiyə ərə gedən qızların evləndiyi adam barəsində məlumatsız olmaları durur.



"Onlar həmin adamın kim olduğunu bilmədən, pulu var deyə, yaxud da məhz əcnəbi olduğuna görə ona ərə gedirlər. Seminarlarda, tədbirlərdə hər zaman bizə müraciət edən və etməyən şəxslərə mesaj ünvanlayırıq ki, əcnəbiyə ərə getməzdən əvvəl səfirliklərə müraciət edərək həmin şəxs haqqında ətraflı məlumat alın. Amma təəssüf ki, bir çox hallarda qızlar və onların valideynləri bu məsələyə çox biganə yanaşırlar. Məlumatı dəqiqləşdirmədən evlilik kimi önəmli bir qərar verirlər. Nəticədə isə ailələr dağılır, xaımlarımız xarici ölkədə çətin duruma düşürlər".

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi