Rusiya Azərbaycan və Ermənistan liderlərinə üçtərəfli görüş təklif etmək niyyətindədir.
Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib.
“Ümid edirik ki, çox yaxın gələcəkdə bu görüşün keçiriləcəyi tarixi razılaşdıra biləcəyik”, - Uşakov deyib.
Qeyd edək ki, Astana şəhərində Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşü planlaşdırılır.