Modern.az

Müharibə bu halda bitə bilər - Zelenski şərt irəli sürdü

Müharibə bu halda bitə bilər - Zelenski şərt irəli sürdü

Dünya

13 Oktyabr 2022, 15:28

Ukrayna prezidenti Volodimir Zelenski müharibənin başa çatmasının şərtini açıqlayıb.

 

Modern.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, Zelenski bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında onlayn çıxışı zamanı fikir bildirib.

 

Zelenski Ukrayna səmasının Rusiyanın raket terrorundən qorunmasının müharibənin yaxın gələcəkdə bitməsi üçün fundamental addım olacağını vurğulayaraq, kömək istəyib.

 

Ukrayna lideri əlavə edib ki, hazırda dünyada hava hücumundan müdafiə sistemlərinin güclü istehsalçısı olan cəmi beş ölkə var.

 

Qeyd edək ki, NATO müdafiə nazirlərinin Belçikanın paytaxtı Brüsseldə keçirilən iclasında Ukraynaya hava hücumundan müdafiə sistemlərinin daha çox çatdırılması barədə razılıq əldə olunub.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI