Modern.az

Deputat şəhid ailəsinin evini təmir etdirib

Deputat şəhid ailəsinin evini təmir etdirib

Aktual

13 Oktyabr 2022, 17:42

Bərdə rayonunun deputatı Fatma Yıldırım rayonun Cəyirli kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Səid Həsən oğlu Ədilovun ailəsinə baş çəkib.

 

Modern.az xəbər verir ki, ziyarət zamanı şəhidimizin ailəsinin problemlemləri ilə tanış olan deputat Səidin böyüyüb boya-başa çatdığı evin dam örtüyünün yararsız vəziyyətə düşdüyünün şahidi olub.

 

Deputatın dəstəyi ilə şəhidin ailəsinin evi bərpa edilib. 

 

"Bu vəziyyət bizi narahat etməyə bilməzdi. Ona görə də, şəhidin ailəsinə söz verdiyimiz kimi qısa müddətdə evin dam örtüyü yenidən quruldu. Bizlərə qələbə sevincini yaşadan, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin ailələrinə hər zaman diqqət göstərmək, onların qayğıları ilə maraqlanmaq hər birimizin başlıca vəzifələrindən biridir!

Allah şəhidlərimizə rəhmət eləsin!", - deyə Fatma Yıldırım qeyd edib. 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI