Modern.az

Ərdoğan və Paşinyan razılığa gəlib - RƏSMİ

Ərdoğan və Paşinyan razılığa gəlib - RƏSMİ

14 Oktyabr 2022, 14:14

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri arasında görüş keçiriləcək.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

 

Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan xüsusi nümayəndələrin görüşləri barədə razılığa gəliblər.

 

Razılığa əsasən, görüşlər Türkiyə və Ermənistan ərazisində keçiriləcək.

 

Bundan öncə tərəflər arasında 4 dəfə görüş olub. Danışıqlarda Türkiyəni Serdar Kılıç, Ermənistanı isə Ruben Rubinyan təmsil edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi