Modern.az

Həssas qrupa daxil olan şagirdlər müəyyən edilir

Həssas qrupa daxil olan şagirdlər müəyyən edilir

Təhsil

14 Oktyabr 2022, 14:54

Bakı məktəblərində həssas qrupa daxil edilmə ehtimalı olan şagirdlərin müəyyənləşdirilməsi üçün zəruri işlər görülür.

 

Modern.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva “Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

 

O bildirib ki, son illərdə ölkədə məktəbyaşlı uşaqlarla əlaqədar baş verən xüsusi hallarla bağlı məsələlərə, həssas qruplarla işə diqqət artırılıb və daha konkret yanaşma müşahidə olunur:

 

"Uşaqların müdafiəsi istiqamətində əməkdaşlıq genişləndirilməli, aidiyyəti qurumlarla mövcud vəziyyət müzakirə edilməli, qarşılıqlı əməkdaşlıq imkanlarına bir daha nəzər salınmalı və daha səmərəli işçi platformasının yaradılmasına nail olmalıyıq".

Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...