Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bartində kömür mədənində baş verən partlayışla əlaqədar olaraq bir sıra ölkədaxili səfərini təxirə salıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Ərdoğan tezliklə Bartın bölgəsinə səfər edəcək.
Qeyd edək ki, Türkiyənin Bartın vilayətində yerləşən mədəndəki partlayış nəticəsində həyatını itirənlərin sayı 14 nəfərə çatıb.