Modern.az

Sahibə Qafarovadan Türkiyəyə başsağlığı

Sahibə Qafarovadan Türkiyəyə başsağlığı

Parlament

15 Oktyabr 2022, 11:38

Azərbaycan Milli Məclisinin spikeri Sahibə Qafarova Türkiyəyə başsağlığı verib.

 

Modern.az xəbər verir ki, spiker bu barədə "Twitter"də yazıb.

 

“Qardaş Türkiyənin Bartın şəhərindəki mədəndə partlayışda həlak olanlara Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyirik. Partlayışda yaralananların tezliklə sağalmasını, dağıntılar altında qalmış insanların xilas olmasını arzulayırıq! Başın sağ olsun, Türkiyə”, - paylaşımda bildirilib.

 

Xatırladaq ki, bu gecə Türkiyənin Bartın şəhərindəki mədəndə partlayış baş verib. Hadisə nəticəsində 28 nəfər ölüb, 11 yaralının isə müalicəsi davam edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi