Modern.az

Putin Ərdoğana başsağlığı verdi

Putin Ərdoğana başsağlığı verdi

15 Oktyabr 2022, 12:43

Rusiya Prezidenti Vladimir Putin Türkiyənin Bartın əyalətində baş verən faciə ilə əlaqədar prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

 

Modern.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

"Bartın əyalətindəki kömür mədənində baş vermiş qəzanın faciəvi nəticələri ilə əlaqədar dərin hüznlə başsağlığımı qəbul edin. Həlak olan şaxtaçıların ailələrinə və yaxınlarına səmimi başsağlığı və dəstək sözlərimi çatdırın”, - deyə  məlumatda bildirilib.

 

Xatırladaq ki, bu gecə Türkiyənin Bartın şəhərindəki mədəndə partlayış baş verib. Hadisə nəticəsində 28 nəfər ölüb, 11 yaralının isə müalicəsi davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI