Modern.az

Türkiyədə mədən partlayışında ölənlərin sayı 40-a çatıb

Türkiyədə mədən partlayışında ölənlərin sayı 40-a çatıb

15 Oktyabr 2022, 13:13

Türkiyənin Bartın vilayətində kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.

 

Modern.az-ın məlumatına görə, bunu ölkənin daxili işlər naziri Süleyman Soylu Bartında jurnalistlərə açıqlamasında deyib.

 

Nazir bildirib ki, hadisə nəticəsində xəsarət almış 11 nəfərin müalicəsi Bartın şəhərində və İstanbulda davam edir.

 

Məlumata görə, hadisə zamanı mədəndə olan 100 nəfərdən 58-i xilas edilib.

 

Xatırladaq ki, kömür mədənində partlayış ötən gün axşam saatlarında baş verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI