Modern.az

İki filial müdirini maşın vurub ÖLDÜRDÜ

İki filial müdirini maşın vurub ÖLDÜRDÜ

Hadisə

16 Oktyabr 2022, 00:02

Mingəçevirdə yol-nəqliyyat hadisəsi zamanı iki piyada həlak olub.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, şəhər ərazisində iki minik avtomobili toqquşub.

 

Qəza zamanı avtomobilllərdən biri yolun kənarına çıxaraq 1963-cü il təvəllüdlü Şamaxı Məmmədova və 1966-cı il təvəllüdlü Xədicə Sultanovanı vurub.

 

Ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən piyadaların həyatını xilas etmək mümkün olmayıb.

 

Həlak olan piyadalar Mingəçevir Şəhər Mərkəzi Kitabxanasının filial müdirləri olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU