Modern.az

BMT-dən Türkiyəyə BAŞSAĞLIĞI 

BMT-dən Türkiyəyə BAŞSAĞLIĞI 

Aktual

16 Oktyabr 2022, 09:28

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Türkiyəyə başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Düjarrik özünün tvitter hesabında paylaşım edib.

 

Onun sözlərinə görə, Baş katib Türkiyənin Bartın şəhərində kömür mədənində baş vermiş partlayış nəticəsində insan ölümündən dərin kədər hissi duyur:

 

“Antonio Quterreş həlak olanların ailələrinə, eləcə də Türkiyə hökumətinə və xalqına başsağlığı verir. Baş katib xəsarət alanların ən qısa zamanda tam sağalmasını diləyir”.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI