Modern.az

Heyvanların yeni “evi”ndən FOTOREPORTAJ

Heyvanların yeni “evi”ndən FOTOREPORTAJ

Reportaj

17 Oktyabr 2022, 09:12

Heyvanları meşələrdən, dağlardan ayırmaqla onlara işgəncə etmiş oluruq, amma uşaqların heyvanları daha yaxından tanıması üçün tək çıxış yolu onların zooparkda saxlanılmasıdır.

 

Ölkəmizdə də heyvanları yaxından görmək, tanımaq istəyən minlərlə uşaq var idi. Ancaq zoopark uzunmüddət təmirə bağlanmışdı. Məhz buna görə açıldığı gün önündə uzun növbə olan məkanlardan biri də Bakı Zooloji Parkı idi.

 

Modern.az-ın əməkdaşları da vətəndaşların sevimli məkanı olan Bakı Zooloji Parkından reportaj hazırlayıb.

 

Parkın ziyarətçiləri daha çox uşaqlar idi. Bələkdə olan körpələr belə anasının qucağında həm mışıl-mışıl yatır, həm də parkı gəzirdilər.

 

Ürəkaçan görüntülərdən biri isə heyvanlar haqda yorulmadan övladlarına məlumat verən, onlarla birgə əylənən valideynlər idi. Məhz o valideynlərin qayğısını, uşaqların xoşbəxtliyini görmək üçün zooparka gəlməyə dəyər.

 

Heyvanlar da sanki balaca ziyarətçilərini əyləndirmək üçün maraqlı hərəkətlər edirdi. Anasının qarnından yapışan bala meymunu görən uşaqlar gülərək onu izləyirdilər. Gənclər isə ayıya alma atara onu doyurmaq istəyirdilər...

 

İndi isə mən susum fotolar danışsın:

 

 

Fotolar: Yusif Eyvazlı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü