Modern.az

Türkiyənin tarixini dəyişən məkan - FOTOREPORTAJ

Türkiyənin tarixini dəyişən məkan - FOTOREPORTAJ

Reportaj

17 Oktyabr 2022, 11:40

Tarixdən bildiyimiz kimi, Birinci Dünya Müharibəsində məğlubiyyətlə üzləşən Osmanlı imperiyası bir müddət sonra süquta uğrayıb. 1920-ci ildə Mustafa Kamal Atatürk "Ya istiqlal, ya ölüm" şüarı ilə mübarizəyə başlayıb və döyüşlərdə qalib gəlib.

 

O, 11 avqust 1923-cü ildə ilk dəfə Türkiyə Böyük Millət Məclisinin iclasını keçirib və 13 oktyabrda Ankara paytaxt seçilib. 29 oktyabrda Türkiyə Cümhuriyyət, Atatürk isə ilk prezident elan edilib.

 

Prezidentin Ankaradakı ilk iqamətgahı qısa müddət ərzində böyük olmadığı üçün dəyişdirilib.

 

Hazırda Ankarada yerləşən II Türkiyə Böyük Millət Məclisinin binası 1923-cü ildə Memar Vedat Tek tərəfindən Cümhuriyyət Xalq Partiyasının görüş yeri kimi inşa olunub. Lakin o dövrdə 1-ci parlament binası kifayət qədər böyük olmadığından 18 oktyabr 1924-cü ildən bu bina yeni parlament binası kimi istifadəyə verilib.

 

Türkiyə Böyük Millət Məclisi 1924-cü illərdə Atatürk prinsiplərinin və inqilabların həyata keçirilməsi, mühüm qanunların qəbulu, beynəlxalq müqavilələrin imzalanması və çoxpartiyalı sistemə keçid kimi Türkiyənin siyasi tarixində mühüm hadisələrin şahidi olub. 

 

Bina taxta tavan bəzəyi, Səlcuq və Osmanlı ornamentləri ilə bəzədilib, hələ də dövrün memarlıq xüsusiyyətlərini özündə əks etdirir. Bina təmir-bərpa işlərindən sonra 30 oktyabr 1981-ci ildə muzey kimi istifadəyə verilib.  

 

Hazırda muzey kimi istifadə olunan binanın girişində ümumi yığıncaq salonu yerləşir. Bura 1924-1960-cı illər arasında Türkiyə Böyük Millət Məclisinin iclas zalı kimi istifadə edilib. Zalda 116 deputat yeri mövcud olub. Bu salonda 1924-1960-cı illər arasında Atatürkün prinsipləri və inqilabları həyata keçirilib.

 

1927-ci il oktyabrın 15-dən 20-dək 6 gün 36 saat 33 dəqiqə davam edən iclaslarda Atatürkün “Böyük nitq”i oxunub.  

 

36 il müddətində sözügedən bina Türkiyənin ilk üç prezidentinin iqamətgahı olub. Bunlar Mustafa Kamal Atatürk, Mustafa İsmət İnönü və Mahmud Cəlal Bayarındır. Onların şəxsi əşyaları da burada sərgilənir.  

 

Binanın girişində sol tərəfdə yerləşən otağa TBMM adı verilib. Burada parlamentə aid fotoşəkillər, qəbul olunan sənədlər, iclas protokolları, dəftərxana materialları yer alır.

 

Növbəti otaqda isə Atatürkün cümhuriyyət tarixində siyası çıxışları və hakimiyyətin on illik nitqini oxuduğu mikrafon qoyulub. Eyni zamanda Atatürkün xarici mediaya verdiyi reportajlar, xarici həmkarları ilə görüşləri orada qeyd olunub.  

 

Digər otaqda Atatürkün şəxsi əşyaları - geyimləri, qələmləri və s. sərgilənir.  

 

İqamətgahda, həmçinin qonaqları qəbul etmək üçün istifadə olunan otaq da var. Bura da prezidentin zövqünə görə dizayn olunub. Həmin yer prezident otağı adlanır. 

 

Bundan əlavə, o dövrdə verilən mükafat və medallar, pul vahidləri də muzeydə nümayiş etdirilir.

 

Modern.az Atatürkün iqamətgahından hazırladığı fotoreportajı təqdim edir:

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı