Modern.az

Laçın və Zəngəzur eyni statusdadır - Çavuşoğlu

Laçın və Zəngəzur eyni statusdadır - Çavuşoğlu

Qərbi Azərbaycan

17 Oktyabr 2022, 14:44

"Laçın və Zəngəzur eyni statusdadır. Bunu Azərbaycan artıq bir neçə dəfə bildirib".

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasının nəticələrinə dair mətbuat konfransında bildirib.

 

"Azərbaycan və Ermənistan arasında qalıcı sülh müqaviləsinin bağlanması lazımdır. Ermənistan tərəfindən gec də olsa, cavab gəlir. Ermənistanın da sülh müqaviləsinə ehtiyacı var. Bu əlaqələr təbii ki, Türkiyə və Ermənistan əlaqələrinə də təsir edəcək",- XİN başçısı vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza