Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Natiq Nuşravan oğlu Ağayevi Göyçay rayonuna yeni icra başçısı təyin edib.
Modern.az-ın məlumatına görə, N.Ağayev yeni təyinatadək Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Sumqayıt şəhər idarəsinin rəisi vəzifəsində çalışıb.
O, polkovnik rütbəsində xidmət aparıb.
(Fotodakı şəxs Natiq Nuşravan oğlu Ağayevdir)
Qeyd edək ki, bu il fevralın 28-də Mehdi İldırım oğlu Səlimzadə Göyçayın icra başçısı vəzifəsindən azad olunmuşdu. Həmin tarixdən bəri Göyçaya başçı təyin edilməmişdi.