Modern.az

İbrahim Kalın Sallivanla Ukraynanı müzakirə etdi

İbrahim Kalın Sallivanla Ukraynanı müzakirə etdi

Dünya

17 Oktyabr 2022, 21:56

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın və ABŞ Prezidentinin müşaviri Ceyk Sallivan arasında telefon danışığı olub.

 

Modern.az "TRTHaber"ə istinadən xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli əlaqələr, müdafiə sənayesi və enerji sahələrində əməkdaşlıq, Ukraynadakı müharibə, Egey və Aralıq dənizində vəziyyət, habelə digər regional məsələlər müzakirə olunub.

 

Kalın “F-16” qırıcılarının tədarükü və modernləşdirilməsinə dair rəsmi Ankaranın tələbinin ABŞ Konqresi tərəfindən təsdiqləmə prosesinin qeyd-şərtsiz tamamlanması ilə bağlı gözləntilərini dilə gətirib.

 

Danışıqlar zamanı Ukraynada müharibənin dərinləşməsi və şiddətlənməsindən narahatlıq ifadə olunub. Bu müharibənin qlobal sülh və sabitlik, iqtisadiyyat, enerji və ərzaq təhlükəsizliyi sahələrində vurduğu zərərin aradan qaldırılması üçün hər cür diplomatik səylərin vacib olduğu vurğulanıb. Bildirilib ki, Türkiyə taxıl daşınması üzrə İstanbul sazişinin müddətinin uzadılması da daxil olmaqla, diplomatik həll təşəbbüslərini qətiyyətlə davam etdirəcək.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI