Bakıda kafelərdən birində 28 yaşlı oğlan bıçaqlanıb.
Modern.az xəbər verir ki, hadisə oktyabrın 17-si paytaxtın Nərimanov rayonu, A.Nemətulla 23. ünvanında yerləşən kafedə baş verib.
Belə ki, Abdullayev Türkel Vəli oğlu tanışı, 1994-cü il təvəllüdlü Səmədov Orxan Yediyar oğlunu bıçaqla vuraraq ağır bədən xəsarətləri yetirib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.