Oktyabrın 17-də saat 10 radələrində Goranboy rayonunun Veyisli qəsəbəsi ərazisində rayon sakinləri Mais Bağırovun idarə etdiyi “Daewoo” və C.Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Nəticədə M.Bağırov hadisə yerində ölüb, digər sürücü və 4 sərnişin xəstəxanaya yerləşdiriliblər.
Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.