Modern.az

Bu şəxslər məsuliyyətə cəlb olunacaq

Bu şəxslər məsuliyyətə cəlb olunacaq

Aktual

18 Oktyabr 2022, 12:04

İnsan Hüquqları üzrə Müvəkkilin (ombudsman), milli preventiv qrupun və müstəqil monitorinq qruplarının qanuni fəaliyyətinə maneə törədilməsinə görə məsuliyyət müəyyələşir.

 

Modern.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa dəyişikliklərdə əks olunub. 

 

Layihəyə əsasən, müvəkkilin, milli preventiv qrupun və müstəqil monitorinq qruplarının qanuni fəaliyyətinin məhdudlaşdırılması və ya fəaliyyətinə müdaxilə qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

 

Qanun layihəsi deputatların müzakirəsindən sonra səsə qoyularaq, birinci oxunuşda qəbul edilib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI