Modern.az

BDU-nun əcnəbi tələbələrinin sayı açıqlandı

BDU-nun əcnəbi tələbələrinin sayı açıqlandı

Təhsil

18 Oktyabr 2022, 17:14

Bakı Dövlət Universitetinə (BDU) 2022/2023-cü tədris ilində 108 əcnəbi tələbə qəbul edilib.

Modern.az xəbər verir ki, bu barədə BDU-nun mətbuat xidmətindən bildirilib.

Əcnəbi tələbələrdən 44-ü hazırlıq sektoruna, 2-si doktorantura, qalanları isə bakalavriat və magistratura səviyyələrinə daxil olub.
 

14 ölkəni (Türkiyə, İran, Rusiya, Pakistan, Türkmənistan, Qazaxıstan, Tacikistan, Banqladeş, Çad, Ukrayna, Gürcüstan, Çin, Nigeriya, Küveyt) təmsil edən əcnəbi tələbələr əsasən kompüter elmləri, psixologiya, hüquq, beynəlxalq münasibətlər, iqtisadiyyat, jurnalistika ixtisaslarına üstünlük veriblər.


Qeyd edək ki, əcnəbi vətəndaşların qəbulu və ölkəmizdə təhsil alan əcnəbi tələbələrin məlumatlarının toplanması aidiyyəti elektron resurslar (portal.edu.az və atis.edu.az) vasitəsilə aparılır.
 

Hazırda BDU-da 34 ölkədən 400-dən artıq əcnəbi vətəndaş təhsil alır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza