Modern.az

Türkiyə “Tayfun” raketini sınaqdan keçirdi

Türkiyə “Tayfun” raketini sınaqdan keçirdi

Dünya

18 Oktyabr 2022, 20:11

Türkiyə yerli istehsal olan qısa mənzilli ballistik raketini Qara dəniz üzərində sınaqdan keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi özəl mənbələrinə istinadən məlumat yayıb.

 

Raket oktyabrın 18-də səhər saat 07:00-da Rizə şəhəri yaxınlığındakı hava limanından buraxılıb.  

 

Məlumata görə, raket 561 kilometr məsafə qət edərək Rizənin qərbindəki Sinop sahil qəsəbəsi yaxınlığında yerə düşüb. 

 

Agentlik bildirib ki, “Tayfun” adı verilən gizli raket layihəsi bir neçə ildir davam edir. 

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI