Modern.az

Universitet rektorları Gəncə şəhərinə toplanır

Universitet rektorları Gəncə şəhərinə toplanır

17 Aprel 2013, 16:07


2003-cü ilin aprel ayında yaradılan MDB ölkələri aparıcı aqrar ali təhsil müəssisələrinin rektorlar şurası  hər il öz iclaslarını müxtəlif ölkələrdə keçirirlər. 2013-cü ildə rektorlar şurasının yaradılmasının 10 ili tamam olur. Azərbaycan Respublikasının Nazirlər Kabineti, Gəncə şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə 10 illik yubiley iclasının aprelin 17-20-si tarixlərində Azərbaycan Dövlət Aqrar Universitetində keçirilməsi nəzərdə tutulur.

Şuranın iclasına Rusiyadan Dövlət Aqrar Universitetinin rektoru Vladimir Bautin, prorektorlar Serqey Qarnik, Gennadi Orlov, Dövlət Yerquruluşu Universitetinin rektoru Serqey Volkov, Qazaxstandan Kustanay Mühəndis İqtisad Universitetinin rektoru Sabit İsmuratov, Magistr Aleksandr Qo, Milli Aqrar Universitetinin prorektoru Ayop İskakov, Ukraynadan Milli Bioresurslar və təbiətdən İstifadə Universitetinin rektoru Dimitriy Melniçuk, Tacikistandan Aqrar Universitetin rektoru İzzatullo Sattori, prorektoru Tura Kadirov, Belarusdan Dövlət Kənd Təsərrüfatı Akademiyasının prorektoru Pavel Saskeviç, Moldovadan Dövlət Aqrar Universitetinin rektoru Georgi Çimpoeşin gəlişi gözlənilir.

Gəncə şəhər İcra Hakimiyyətindən Modern.az-a bildirilib ki, şuranın iclasında şəhərin icra başçısı Elmar Vəliyevin, Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasovun, Bakı və Gəncə Universitetləri və elmi idarələrinin rəhbərlərinin iştirakı gözlənilir.

Şura üzvlərinə Aqrar Universitetin tədris bazası, tələbələrin əl işlərinin sərgisi, Şəmkir rayonunda meyvəçilik təsərrüfatı və Gəncə şərab-2 müəssisəsi ilə tanışlıq, Gəncənin tarixi yerlərinin təqdim olunması nəzərdə tututlub.

Modern.az

   
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi