Modern.az

Putin işğal olunan 4 regionda hərbi vəziyyət ELAN ETDİ

Putin işğal olunan 4 regionda hərbi vəziyyət ELAN ETDİ

Dünya

19 Oktyabr 2022, 15:52

Rusiya Prezidenti Vladimir Putin ölkənin 4 yeni regionunda hərbi vəziyyətin elan olunması haqqında fərman imzalayıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirilən müşavirədə bildirib.

 

Putin deyib ki, söhbət 30 sentyabrdan etibarən Rusiya ərazisinə daxil edilən Donetsk və Luqansk Xalq Respublikalarından, Zaporojya və Xerson vilayətlərindən gedir:

 

"Mən Rusiya Federasiyasının bu dörd subyektində (DNR, LNR, Zaporojye və Xersonda) hərbi vəziyyətin tətbiqi haqqında fərman imzaladım. Fərman dərhal Federasiya Şurasına və Dövlət Dumasına təsdiq üçün göndəriləcək. Qərar barədə məlumat veriləcək".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI