Modern.az

Rəsul Quliyev Zeynəb Xanlarovanın müdafiəsinə qalxdı: "Ona təzyiq etməyə heç kimin haqqı yoxdur"

Rəsul Quliyev Zeynəb Xanlarovanın müdafiəsinə qalxdı: "Ona təzyiq etməyə heç kimin haqqı yoxdur"

17 Aprel 2013, 17:39

Azərbaycanın eks-spikeri, hazırda Amerikada mühacirət həyatı yaşayan Rəsul Qliyev xalq artisti, deputat Zeynəb Xanlarovanın müdafiəsinə qalxıb. Milli Məclisin sabiq sədri Modern.az saytına açıqlamasında bildirib ki, Azərbaycanda Zeynəb Xanlarovaya təzyiq etməyə heç kimin haqqı yoxdur:

“Zeynəb Xanlararova 20-ci əsrin ən talantlı müğənnisidir. Alla Puqaçova Rusiya üçün kimdirsə, Zeynəb xanım da bizim üçün odur. Rusiyada prezident seçkilərində Alla Puqaçova Proxorovun qərargahının üzvü oldu və Putinin əleyhinə çox ağır tənqidi sözlər söylədi. Ona baxmayaraq bu gün də Puqaçova Rusiya telekanallarında ən çox görünən şəxsdir.

Azərbaycanda isə hökümət üçün talantlı ,qeyri-adi şəxs anlayışı yoxdur. Bizdə “yaltaqlananlar” və “düşmənlərimiz” anlayışı var. Ona görə də Zeynəb Xanlarovanın adını hallandırıb onun Azərbaycanda yaşamasını dözümsüz etməyə bizim heç birimizin haqqı yoxdur”-deyə R.Quliyev bildirib.

Xatırladaq ki, ötən həftə Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumatda aprelin 2-də naməlum şəxslərin Nardaran qəsəbəsində yerləşən, xalq artisti Zeynəb Xanlarovaya məxsus bağ evinin qarşısında avtomat silahdan atəş açaraq yandırmaq məqsədilə onun həyətinə içərisinə yandırıcı maye doldurulmuş şüşə qablar atdıqları bildirilir. Qeyd olunur ki, həmin şəxslər göstərilən ərazidəki baş evlərinin divarlarına "Tale Bağırova azadlıq!" sözləri yazıblar.

Z.Xanlarova isə mediaya açıqlamasında bu hadisələrdə onun adının hallandırılmasına sərt şəkildə etiraz edib. Millət vəkili hüquq-mühafizə orqanlarından tələb edib ki, heç kəs onun evini yandırmağa cəhd göstərmədiyindən bu məsələlərdə adının hallandırılmasını istəmir.
Z.Xanlarovanın açıqlamalarına hakimiyyətin rəsmiləri  və iqtidaryönlü media narazalılqla yanaşdı. Hətta millət vəkili əleyhinə bəzi materiallar da yayımlandı...

Anar RÜSTƏMOV 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!