Bakıda səfərdə olan ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melianın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın aparıcı müxalifət partiyalarının rəhbərləri ilə görüşüb. Vətəndaş və İnkişaf Partiyasının mətbuat xidmətindən Modern.az-a daxil olan məlumata yüksək səviyyəli ABŞ diplomatları ilə görüşdə VİP sədri Əli Əliyev, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, “El” hərəkatının rəhbəri Eldar Namazov və REAL hərəkatının həmsədri Erkin Qədirli iştirak ediblər.
Görüşdə Azərbaycandakı mövcud ictimasi-siyasi vəziyyət və qarşıdan gələn prezident seçkiləri ətraflı müzakirə olunub.
Anar