Modern.az

İkimərtəbəli obyekt yandı - Bir nəfər tüstüdən zəhərləndi 

İkimərtəbəli obyekt yandı - Bir nəfər tüstüdən zəhərləndi 

Hadisə

19 Oktyabr 2022, 21:53

Bakı şəhərinin Binəqədi rayonunda ikimərtəbəli obyektdə yanğın olub, bir nəfər tüstüdən zəhərlənib.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

Ümumi sahəsi 96 m² olan ikimərtəbəli obyektin (1-ci mərtəbəsi geyim mağazası, 2-ci mərtəbəsi fəaliyyət göstərmir) zirzəmisinin giriş hissəsində istifadəyə yararsız əşyalar 2 m² sahədə yanıb, yüksək temperaturdan qismən 1 ədəd rəf qarsalanıb.

 

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

 

Obyekt yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU