Modern.az

Pirallahının icra başçısı şikayətçiləri qəbul edib

Pirallahının icra başçısı şikayətçiləri qəbul edib

17 Aprel 2013, 18:47
Aprelin 17-də Pirallahı rayonu İcra hakimiyyətində sakinlərin növbəti qəbulu təşkil edilib. Qəbulu Pirallahı rayonu İcra hakimiyyətinin başçısı Vasif İmanov keçirib.

İcra hakimiyyətindən Modern.az-a verilən məlumata görə, qəbulda Vasif İmanov hər bir kəsi dinləyib köməklik göstərməyə hazır olduğunu bildirib. Pirallahı sakinləri Səkinə Lalayeva, Zaur Babayev, Əminə Haşımova, Hüseyn Həsənov, Yusif Babayev, Yavər Abışova, Təranə İsgəndərova, Həvva Bağırova, Çingiz Əliyev, Qalina Nikitina və başqaları, ümumilikdə 100 nəfərə yaxın vətəndaş onları maraqlandıran suallarla müraciət ediblər. Suallar əsasən sənədsiz və qəzalı vəziyyətdə olan evlər, mənzil, bələdiyyə torpaq sahələri, işlə təminat, qeydiyyat, zəbt olunmuş yerlərin, sənədsiz obyektlərin aqibəti, hətta ailə və şəxsi problemləri, digər məsələləri əhatə edib.

Hər bir sakini diqqətlə dinləyən cra başçısı Prezident İlham Əliyevin yeni qurulan Pirallahı rayonuna layiqli dəstək nümayiş etdirdiyini, burada böyük bir şəhər salınacağını, yeni, müasir binalar tikiləcəyini, sakinlərin bütün mövcud problemlərinin həll ediləcəyini vurğulayıb, antisanitariya şəraiti yaradan yöndəmsiz köşklərin və tikililərin aradan qaldırılacağını söyləyib. Sakinlərin işlə bağlı suallarını ətraflı cavablandıran V.İmanov nəzərdə tutulan layihələrin icrasına başlandıqdan sonra işlə təminatda böyük irəliləyiş olacağını deyib. Eyni zamanda icra başçısı daha çətin vəziyyətdə olan ailələrin problemlərinə diqqətlə yanaşaraq bir neçə nəfərin Su-kanal Departamentində və MİS-də vakansiya olan yerlərdə işlə təmin olunması ilə bağlı tövsiyələrini verib, texniki ali təhsilli gənclərə ARDNŞ-in və “Azərsu” ASC-nin işə qəbul imtahanlarında iştirak etməyi məsləhət görüb və qəbulda iştirak edən məsul şəxslərə səsləndirilən məsələlərin müsbət həlli istiqamətində, eyni zamanda aztəminatlı ailələrə yardım və kömək göstərilməsi ilə əlaqədar müvafiq göstərişlər verib.



Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu