Modern.az

İlham Əliyev Əhmədinejada başsağlığı verdi

İlham Əliyev Əhmədinejada başsağlığı verdi

17 Aprel 2013, 18:52

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejada başsağlığı verib.

“Hörmətli cənab Prezident,
Ölkənizin cənub-şərqində baş vermiş zəlzələnin doğurduğu ağır nəticələr barədə xəbər bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.
Allah rəhmət eləsin!”-deyə prezidentin başsağlığı məktubunda qeyd olunub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu