Modern.az

Lənkəranda maşın piyadanı vurub

Lənkəranda maşın piyadanı vurub

20 Oktyabr 2022, 10:00

Oktyabrın 19-da saat 8 radələrində Lənkəran rayonunun Sütəmurdov kəndində Gərmətük qəsəbə sakini T.Rzayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında gedən kənd sakini Rəvanə Babayevanı vurub.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

Nəticədə piyada hadisə yerində ölüb. 

 

Lənkəran şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...