Bir neçə gün bundan öncə dünyasını dəyişən İngiltərənin “Dəmir ledi” ləqəbli keçmiş baş naziri torpağa tapşırılıb. Dəfn mərasimində izdiham müşahidə edilib. “Dəmir ledi” vida mərasiminə İngiltərənin dövlət rəsmiləri ilə yanaşı xeyli sayda sadə vətəndaş qatılıb.
Qeyd edək ki, Böyük Britaniyanın sayca 71-ci baş naziri olan Marqaret Tetçer 1925-ci il oktyabrın 13-də Linkolnşir qraflığının Qrentem şəhərində dünyaya gəlib. Avropa tarixində isə ilk qadın baş nazir olan “Dəmir ledi” ləqəbli Marqaret Tetçer ixtisasca kimyaçı olub. Daha sonra hüquq təhsili alıb və 1959-cu ildə Britaniya parlamentinin üzvü seçilib. 45 yaşında Edvard Xit hökumətində təhsil və elm naziri postunu tutan Tetçer 1975-ci ildə Mühafizəkarlar Partiyasının rəhbəri postuna seçkilərdə qalib gəlib və parlament müxalifətinin başına keçib. Onun rəhbərliyi altında Mühafizəkarlar Partiyası 1979-cu il parlament seçkilərində qalib gəlib və Marqaret Tetçer baş nazir olub.
Tetçer 1990-cı ildə partiyadaxili rəqabətin qızışması səbəbilə 1990-cı ildə tutduğu vəzifədən istefa verib. Sabiq baş nazir bu gün 87 yaşında vəfat edib.Tetçerin dəfn mərasimindən fotoları təqdim edirik.
Modern.az