Bu gün axşam saatlarında Bakı şəhərində, Koroğlu avtomobil dairəsindən Sabunçu rayonu istiqamətində gedən yolda sərnişin avtobusunun iştirakı ilə ağır yol qəza hadisəsi baş verib. APA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, zəncirvari yol qəzası nəticəsində 189 saylı marşrut üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu, “KAMAZ” markalı yük maşını, iki “Mercedes” və bir “VAZ 21015” markalı minik avtomobilləri toqquşub. Məlumata görə, qəza nəticəsində beş nəfər müxtəlif dərəcəli xəsarət alıb. Yaralılar 3 saylı şəhər xəstəxanasına aparılıb.
Modern.az