Modern.az

Qənirə Paşayeva VİDEO yaydı

Qənirə Paşayeva VİDEO yaydı

Təhsil

17 Aprel 2013, 23:12

Millət vəkili Qənirə Paşayeva Türkiyədə erməni əsilli müğənni ilə görüşünün videosunu yayıb. Modern.az-ın məlumatına görə, deputat ona qarşı bəzi insanların qarayaxma kompaniyasına başladığını bildirib.

Qənirə Paşayevanın açıqlamasını olduğu kimi təqdim edirik:

“O insanlara isə sadəcə bir az ədalət, obyektivlik hissiniz olsun deyirəm və Azərbaycan həqiqətlərini hər yerdə hətta ermənilərin iştirak etdiyi ödül törənində belə geniş şəkildə söyləyən insanlara qarşı bu cür addımlarınız ən azı ədalətsizlikdir. Bu sözləri millət vəkili Qənirə Paşayeva jurnalistlərə açıqlamasında deyib. Tədbirdə etdiyim çıxışlarım bu  cür insanlara ən yaxşı  cavabdır  deyən  millət vəkili  Qənirə Paşayeva  ödül törənindəki çıxışlarının hər ikisinin youtube da artıq yerləşdirildiyini də  bildirib.   Ümid edirəm ki, tədbirdə  ödül  alarkən etdiyim çıxışda  "bu ödülü gözəl ölkəm Azərbaycan, gözəl xalqım  və şəhidlərimiz adına alıram" deyərək  Ermənistanın işğalçılıq siyasətindən və Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə geniş fikirlərimdən sonra Türkiyə kökənli erməni sənətçi Hayko Tataryanın "Mən Türkiyə əsilli bir erməni sənətçiyəm. Türk xalqı hər zaman bizə qucaq açıb və yaxşı münasibət göstərib. Mən Türkiyə Cümhuriyyəti vətəndaşı olmaqdan qürur duyuram və bu səhnədən enərək millət vəkili Qənirə Paşayevanın yanına getmək və onun əlini sıxmağı çox istərdim deyib və səhnədən bizim masaya gəlib əl uzadaraq "Mən sizin çıxışınızı dinlədim, yaşadıqlarınızdan dolayı çox üzgünəm " deməsi və bundan sonra mənim təkrar səhnəyə çıxaraq Hayko Tataryanın atdığı bu addıma verdiyim cavab " Hayko Tataryan mənə əl uzadaraq çox üzgün olduğunuzu dediniz. Bizim millətimiz heç bir zaman ona uzanan əli geri çevirməyib. Amma barış sizin mənə uzatdığınız əllə yarana bilməz. Barışın yarana bilməsinin başlanması üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməli və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün evlərinə dönməlidir.

Yüz minlərlə insan 20 ildən artıqdır ki öz evinə dönə bilmir. Bunun nə qədər böyük bir faciə, ağrı-acı olduğunu hər bir insan milliyyətindən və dinindən asılı olmayaraq anlamalıdır. Sizin kimi Türkiyə əsilli erməni sənətçilər Ermənistana və oradakı erməni xalqına bu gün burada səsləndirdiyiniz fikirləri geniş şəkildə tez-tez çatdırmanız lazımdır. Mən elə bu səhnədə yanımda dayanmış və 2 dəfə özünün məşhur siyasət proqramı verilişində ermənilərlə Azərbaycan türklərinin Dağlıq Qarabağ problemi ilə bağlı televiziya müzakirəsini təşkil etmiş tanınmış jurnalist, Ali Kırca bəyə də müraciət edərək onun yenidən belə bir proqram təşkil etməsini və sizi də oraya dəvət etməsinə çağırırıam. Çox istəyərdim ki, siz bu gün bu səhnədə səsləndirdiyiniz fikirləri və səhnədə mənim yanıma gələrək mənə əl uzadaraq dediyiniz sözləri o proqramda da Ermənistandakı xalqınıza üz tutaraq söyləsiniz.Sizin sözləriniz onlara özünün müəyyən təsirlərini göstərə bilər.

Mən bu səhnədən  bütün tədbir iştirakçılarına üz tutaraq demək istəyirəm: Milli kimliyindən və inancından asılı olmayaraq gerçəkdən də insanlığın və ədalətin yanında olanlar öz evinə dönə bilməyən 1 milyon azərbaycanlının ağrı-acısına, onların torpaqlarının işğal altında qalmasına laqeyd qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır" fikirlərinin özündə əks etditən video görüntülərdən sonra, onları izlədikdən sonra mənə qarşı qarayaxma kompaniyası aparan həmin insanlar özlərində güc tapıb yanlış etdiklərini söyləyə, yaza biləcəklər. Əgər içlərində bir az da olsa ədalət hissi varsa...” 

 

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu