Modern.az

16 yaşlı qızı öldürən nişanlısı imiş - TƏFƏRRÜAT

16 yaşlı qızı öldürən nişanlısı imiş - TƏFƏRRÜAT

Hadisə

20 Oktyabr 2022, 13:16

Oktyabrın 20-si Abşeron rayonu ərazisində 2006-cı il təvəllüdlü A.N. (ad şərtidir) öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Abşeron rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin nişanlısı, 1996-cı il təvəllüdlü Murad Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirərək A.N. qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Murad Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


İş üzrə istintaq davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU