Modern.az

Dağlıq rayonlara qar yağıb

Dağlıq rayonlara qar yağıb

17 Aprel 2013, 23:57


Yaz fəslinin gəlişinə baxmayaraq Azərbaycanda hava şəraiti kəskin pisləşib. Hazırda Azərbaycanın bir neçə dağlıq rayonlarında, xüsusəndə Quba, Qusar, Şamaxı, İsmayıllı, Gədəbəy və digər bölgələrdə qar yağır. Temperatur xeyli aşağı enib.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti havanın temperaturunun aşağı düşəcəyini, bəzi yerlərdə yağış və qar yağacağını xəbərdarlıq edib. Belə ki, sabah Bakıda havanın temperaturunun gecə 4-8, gündüz 9-14 dərəcə, Azərbaycanın rayonlarında isə gecə 3-7, gündüz 9-14, bəzi yerlərdə 18 dərəcəyədək isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.

Modern.az


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu