Modern.az

Bu il itirdiyimiz hərbçilərin sayı 26-ya qalxdı

Bu il itirdiyimiz hərbçilərin sayı 26-ya qalxdı

Təhsil

18 Aprel 2013, 01:49

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən, adlı siyahı üzrə 2013-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 26 nəfər təşkil edib. Ötən müddətdə 31 nəfər yaralanıb (və ya xəsarət alıb). Müvafiq dövrdə dünyalarını dəyişənlərin 5-i döyüş (5 nəfər erməni gülləsi), 21-i isə qeyri-döyüş itkiləridir. Bundan başqa C.Naxçıvanski adına hərbi listeyin kursantı da naməlum səbəbdən dünyasını dəyişib (hərbi qulluqçu statusuna malik olmadığına görə siyahıda ayrıca qeyd olunur).

3 nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma, tank altında qalma), 3 nəfər avtoqəzadan, 3 nəfər vertolyot qəzasından, 2 nəfər naməlum səbəbdən, 1 nəfər ehtiyatsızlıqdan, 1 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 3 nəfər xəstəlikdən dünyasını dəyişib. 5 nəfər intihar edib. Dünyasını dəyişənlərin 21-i Müdafiə Nazirliyinin, 1-i Dövlət Sərhəd Xidmətinin, 2-i Daxili Qoşunların, 1-i XDBMI-nin, 1-i Fövqəladə Hallar Nazirliyinin (1 nəfər Naxçıvan FHN) hərbi qulluqçularıdır.

Yaralılara və xəsarət alanlara gəlincə (31 nəfər) onların 6-sı qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 1-i intihara cəhddən, 3-ü mülki şəxslərlə davadan, 6-ı erməni gülləsindən, 1 nəfər mina partlayışından, 4-ü bədbəxt hadisədən (liftin şaxtasına yıxılma, yanğın və s.), 10-u isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 28 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 3 nəfər Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu