Modern.az

Türkiyədə ağır qəza - 13 nəfər yaralandı

Türkiyədə ağır qəza - 13 nəfər yaralandı

21 Oktyabr 2022, 00:51

Türkiyədə tekstil fabrikinin işçilərini daşıyan mikroavtobus qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, məlumatı "Anadolu" agentliyi yayıb.

 

Bildirilir ki, hadisə Karabük bölgəsində baş verib. Qəza nəticəsində mikroavtobus aşıb. Hadisə zamanı 13 nəfər yaralanıb.

 

Qəzanın baş verdiyi yerə polis əməkdaşları və xilasedicilər cəlb edilib.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama