Modern.az

TQDK 6 min abituriyentin ərizəsini təsdiq etmədi

TQDK 6 min abituriyentin ərizəsini təsdiq etmədi

Təhsil

18 Aprel 2013, 11:40

Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün elektron ərizələrin qəbulu davam edir.

TQDK-nın mətbuat xidmətindən Modern.az-a bildirilib ki, 18 aprel saat 10:00-a olan məlumata görə abituriyentlər tərəfindən 19.000 "Abituriyentin elektron ərizəsi" forması açılıb və 13.000-i təsdiq olunub, 6.000 isə təsdiq olunmayıb.

Təsdiq olunan ərizələrin 11.500-ü abituriyentlərin özləri tərəfindən, 1500-ü isə SQK-lar tərəfindən təsdiq edilib.

Bildirilib ki, bu proses mayın 17-dək aparılır. Göstərilən tarixə qədər abituriyentlər "Abituriyentin elektron ərizəsi" formasını doldurub təsdiq etməlidilər. Ərizələrini təsdiq etməyən abituriyentlərin qəbul imtahanlarına buraxılması təmin olunmayacaq.

Rus bölməsinə sənəd verən abituriyentlər üçün “Azərbaycan dili” fənnindən imtahan iki dəfə – 2013-cü il mayın 19-da Bakı şəhərində və digər bölgə mərkəzlərində, iyunun 23-də isə yalnız Bakı və Naxçıvan şəhərlərində keçirilir. Mayın 19-da keçirilən imtahanda iştirak etmək istəyənlər ərizələrinin mayın 8-dən gec olmayaraq təsdiqini təmin etməlidirlər. Bu imtahanda iştirak edə bilməyən və yaxud “qeyri-məqbul” alan abituriyentlər ikinci imtahanda iştirak edə bilərlər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu