“ATƏT-in Bakı ofisinin statusunun dəyişdirilməsi ilə bağlı Vyanada müzakirələr davam edir. Bu müzakirələrin nəticələri barədə hələlik heç bir məlumat yoxdur”. Bu sözləri Modern.az-a açıqlamasında ATƏT-in Bakı Ofisinin mətbuat xidmətinin rəhbəri Rəşad Hüseynov bildirib. Onun sözlərinə görə, statusla bağlı müzakirələr gedir. “Yenilik isə hələ ki yoxdur. Müzakirənin detalları mətbuata açıqlanmır”-deyə R.Hüseynov qeyd edib.
Xatırladaq ki, Azərbaycan rəsmiləri statusun dəyişdirilməsinə bəzi dövlətlərin mənfi münasibət bəsləməsini dilə gətirib. Xarici İşlər Naziri Elmar Məmmədyarov da bir neçə gün öncə jurnalistlər açıqlamasında qeyd edib ki, bu cür müdaxilə və hallar şantaj xarakteri daşıyır. Qeyd edək ki, müzakirələr Vyanada davam edir.
Aqşin Kərimov