Modern.az

Vəzifəli şəxsə cinayət işi AÇILDI

Vəzifəli şəxsə cinayət işi AÇILDI

Hadisə

21 Oktyabr 2022, 10:57

Neftçala bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən müxtəlif dövrlərdə pul vəsaitlərinin mənimsənilməsi faktı  ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

 

Neftçala rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, araşdırmalarla bələdiyyənin büdcəsindən 3 min 236 manat dəyərində ərzaq yardımının əsassız olaraq silinməsinə, eləcə də ödəniş tapşırığı ilə ərzaq mağazasına köçürülmüş vəsaitin 8 min 600 manat məbləğində hissəsinin bələdiyyə sədri Rövşən Quliyev tərəfindən mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilb.

 

Faktla bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə cinayət işi başlanıb.

 

Hazırda istintaq davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU