Modern.az

Bakıda 3 məktəbli itkin düşüb

Bakıda 3 məktəbli itkin düşüb

Təhsil

18 Aprel 2013, 12:23

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun A. Qurbanov küçəsi, 25 ünvanında yaşayan, 1999-cu il təvəllüdlü Əfsanə Mirmövsümova aprelin 16-da məktəbə getmək adı ilə evdən çıxıb, bir daha geri qayıtmayıb.

General Şıxlinski küçəsində yaşayan, 2003-cü il təvəllüdlü Ağayev Nicat Cəmil oğlu və N. Tusi küçəsində yaşayan 2002-ci il təvəllüdlü Əmənov İmran Bəxtiyar oğlu isə aprelin 17-də oxuduqları 204 saylı orta məktəbə getmək adı ilə evdən çıxıb, bir daha geri qayıtmayıblar.

 Polis məktəblilərin axtarışını davam etdirir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu