Modern.az

ATƏT “partizanlığa” əl atıb - Parlamentdə ETİRAZ

ATƏT “partizanlığa” əl atıb - Parlamentdə ETİRAZ

Parlament

21 Oktyabr 2022, 12:05

“ATƏT-in hazırkı sədrliyinin və Beynəlxalq Katibliyinin “ATƏT-in ehtiyacların qiymətləndirilməsi missiyası” adlandırılan qrupun Ermənistana göndərilməsi haqqında qərarı ciddi səhvdir və qanunsuzdur”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azay Quliyev deyib.

 

Onun sözlərinə görə, ATƏT-də bütün qərarlar konsensusla qəbul olunur, belə bir missiyanın göndərilməsi məsələsini müzakirə və kollektiv qərar qəbul etmədən göndərmək ATƏT-in təməl prinsiplərinin kobud şəkildə pozulması deməkdir.

 

“Belə çıxır ki, ATƏT mövcud qaydalara zidd olaraq və gizli şəkildə qərar qəbul edib, üzv ölkələrin ödədiyi büdcə hesabına bu “missiyanı” maliyyələşdirməyi planlaşdırır.

 

Minsk Qrupunun iflasa uğramasından sonra ATƏT-in belə bir “partizanlığa” əl atması acı təəssüf hissi doğurur və təşkilatın bir neçə dövlətin maraqları naminə istismar edildiyini göstərir. 

 

Azərbaycan XİN-nin açıqladığı kimi, heç bir halda bu, qrup ATƏT-in mandatına malik ola bilməz, ATƏT-lə heç bir şəkildə əlaqələndirilə bilməz. Əminəm ki, bu qanunsuz missiyanın hər hansı bir nəticəsi və ya hesabatı təkcə Azərbaycan tərəfindən deyil, bir çox ölkələr tərəfindən də ATƏT sənədi kimi qəbul edilməyəcək”, - deyə deputat vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi