Yeni Miqrasiya Məcəlləsi layihəsi Prezident Adminstrasiyası tərəfindən Milli Məclisə göndərilib.
Modern.az-ın məlumatına görə, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri, Azərbaycan Hüquqşünasları Konfederasiyası İdarə Heyətinin sədri Əli Hüseynli məlumat verib.
Məcəllə layihəsi MM-in Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinə Prezident İlham Əliyevin imzası ilə daxil olub. O bildirib ki, yaxın bir ay ərzində məcəllə parlamentdə həm komitədə, həm də plenar iclaslarda müzakirə ediləcək:
“Məcəlləinin yaz sessiyası dövründə qəbulu nəzərdə tutulur. Bu məcəllənin qəbul olunması miqrasiya məsələlərinin vahid bir sənəddə toplanması deməkdir. Bundan sonra həm Azərbaycan vətəndaşları, həm də əcnəbilər miqrasiya məsələləri ilə bağlı vahid bir sənədə müraciət edəcəklər. Bu, həm ölkə vətəndaşları, həm də əcnəbilər üçün çox faydalı olacaq”-deyə deputat bildirib.
Modern.az