Azərbaycanda prezidentliyə namizəd, hüquq müdafiəçi Vidadi İsgəndərli həbs edilib. Modern.az-ın məlumatına görə, V.İsgəndərli Yasamal Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 10 sutka azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dünən Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlamılan hüquq müdafiəçisinə qarşı İnzibati Xətalar Məcəlləsinin 310.1 (polisin qanuni göstərişinə tabe olmamaq) maddəsi ilə ittiham irəli sürülüb.
Modern.az