Ötən gün 2 piyadanı maşın vurub öldürüb.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Oktyabrın 21-də saat 12 radələrində Bərdə rayonunun Alpoud kəndi ərazisində rayon sakini L.Hüseynli idarə etdiyi “QAZel” markalı avtomobillə yolu keçən rayon sakini Nicat Tağıyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Oktyabrın 21-də saat 21 radələrində Quba rayonunun Püstəqasım kəndi ərazisində rayon sakini C.Həmzəyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən rayon sakini Tahir Nurullayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
Hər 2 faktla bağlı araşdırma aparılır.