Modern.az

Goranboyda kişi həmkəndlisini GÜLLƏLƏDİ

Goranboyda kişi həmkəndlisini GÜLLƏLƏDİ

Hadisə

22 Oktyabr 2022, 11:01

Oktyabrın 22-i saat 2 radələrində Goranboy rayonu, Xanqərvənd kənd sakini 1997-ci il təvəllüdlü Arzu Əliyevə odlu silahdan açılan atəşlə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Goranboy rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1994-cü il təvəllüdlü Emin Rüstəmovun əvvəl aralarında baş vermiş mübahisəni aydınlaşdırmaq məqsədilə yaşadığı evə gəlmiş Arzu Əliyevə ov tüfəngi ilə 2 dəfə atəş açaraq onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.


Emin Rüstəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU